Sionist rejim hərbçiləri fələstinli uşaqların hüquqlarını pozur
"Uşaqların Siyahısı və Silahlı Qarşıdurmalar" Qeyri-Hökumət Təşkilatı BMT-ni sionist rejim ordusunun adını uşaqların hüquqlarını pozanların siyahısına əlavə etməyə çağırıb.
İRİB-in məlumatına görə, "Uşaqların Siyahısı və Silahlı Qarşıdurmalar" Qeyri-Hökumət Təşkilatı BMT baş katibi Antonio Quterreşdən İsrail rejim ordusunu fələstinli uşaqların hüququnu açıq-aşkar şəkildə pozduğuna görə qara siyahıya almasını istəyib.
Bundan öncə də sionist rejim ordusunun adı 2015-ci ildə ABŞ və İsrail rejimi Nazirlər Kabinetinin təzyiqi nəticəsində BMT-nin qara siyahısından çıxarıldı.
"Uşaqların Siyahısı və Silahlı Qarşıdurmalar" Qeyri-Hökumət Təşkilatı 2014-cü il 50 günlük Qəzzə müharibəsində İsrail hərbçilərinin hərəkətlərini araşdırıb: Bu müharibədə 2 mindən çox fələstinli şəhid olub.
BMT baş katibinin silahlı qarşıdurmalarda uşaqların hüququnun pozulması haqda illik hesabatı adətən may və ya iyun aylarında yayımlanır.