Mart 09, 2017 10:14 Asia/Baku
  • Hizbullah: Əl-Ərəcin şəhadəti Fələstin xalqının müqavimətə sədaqətinin göstəricisidir
    Hizbullah: Əl-Ərəcin şəhadəti Fələstin xalqının müqavimətə sədaqətinin göstəricisidir

Livan Hizbullahı bir bəyanat yayaraq sionistlərin fələstinli mübariz Basil Əl-Ərəci İordan çayının qərb sahilində şəhid etmələrini vəhşi hərəkət adlandıraraq Əl-Ərəcin şəhadətinin Fələstin xalqının müqavimətə sadiq qalmasının əlaməti adlandırıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Livan Hizbullahı bildirib: Əl-Əracın şəhadəti Fələstin xalqının müqavimətə bütün cəhətləri ilə sədaqətinin, Fələstinin tarixdən silinməsi cəhdləri ilə qarşılaşmaqdakı əzmkarlığının göstəricisidir. 

Hizbullah bu bəyanatda həmçinin İşğal olunmuş Fələstinin tam azad edilməsi üçün bu ərazidə müqavimət ruhunu hər cür himayə etməyin vacibliyini vurğulayıb. 

Sionist rejim hərbçiləri bazar ertəsi günü Ramullahın mərkəzində yerləşən Qədurə didərgin düşərgəsinə hücum edərək Basil Əl-Əracı hərbi mərmilər və gözyaşardıcı qazla şəhid ediblər.

2015-ci il Qüds intifazəsi başlanandan bəri işğal olunmuş ərazilər sionist rejim hərbçilərinin geniş miqyaslı zorakılıqlarının şahididir. 

O vaxtdan indiyədək 280-dan çox fələstinli İsrail hərbçiləri tərəfindən şəhid edilib. 

Teqlər