Apr 11, 2017 18:42 Asia/Baku
  • Fələstinli didərginlərin problemləri

BMT-nin fələstinli didərginlər üzrə imdad və məşğulluq komissarı fələstinli didərginlərin problemlərinin həll edilməsini istəyib.

Səma xəbər agentliyinin verdiyi məlumata görə, Piyer Qrahambel Moskva Beynəlxalq Əlaqələr İnstitutunun tələbələri qarşısında deyib: 5 milyondan çox fələstinli didərgin hazırda mühasirə, işğalçılıq, evsizlik və toqquşma kimi problemlərdən əziyyət çəkir. Dünya ictimaiyyəti bu problemlər üçün ədalətli və qalıcı çözüm tapmalıdır. 

Qrahambel fələstinli didərginlərin unudulmasına icazə verilməməli olduğunu xatırladıb və deyib: Rusiyanın fələstinli didərginlərə maliyə yarıdmları sübut edir ki, dünya fələstinlilərin problemlərini tanıyır. 

Rusiya fələstinli didərginlərə 10 milyon dollar yardım ayırıb. Bu maliyə yardımı 2017-ci ildən 2021-ci ilə kimi fələstinli didərginlərin problemlərinin həllinə xərclənilməsi üçün Fələstinli Didərginlərin İmdad və Məşğulluq Komissarlığına təqdim ediləcək. 

İsrail rejimi fələstinlilər üçün alternativ vətən mövzusunu gündəmə gətirməklə fələstinlilərin öz vətənlərindən çıxarılmasına nail olmağa çalışır və Fələstin ərazilərini tam şəkildə işğal etməklə fələstinlilərin öz torpaqlarına qayıtmalarına mane olmağa çalışır. 

BMT-nin 194 saylı qətnaməsinə əsasən fələstinlilər öz torpaqlarına qayıtmalı və onlara kompensasiya ödənilməlidir. 

Teqlər