Fələstinli əsirlər irimiqyaslı aclıq aksiyası keçirir
Sionist rejim həbsxanalarında 700-dən çox fələstinli əsir 17 aprel Fələstinli Əsir Günü münasibəti ilə bu rejimin zülmləri və cinayətlərinə etiraz olaraq aclıq aksiyası keçirir.
Fələstinin MƏA xəbər portalının məlumatına görə, fələstinli əsirlər beynəlxalq ictimaiyyətin diqqətini sionist rejimin həbsxanalarındakı ağır vəziyyətə yönəltmək niyyətindədirlər.
Məlumata görə, sionist rejimin həbsxanalar qurumu fələstinli əsirlərin aclıq aksiyasına reaksiyada bildirib: Aclıq aksiyasını keçirənlər üçün ağır tənbeh nəzərdə tutulub.
Sionist rejimin daxili təhlükəsizlik naziri Gilad Erdan da hədələyib ki, fələstinli əsirləri tənbeh edəcək.
Fələstin Xarici İşlər Nazirliyi btün Fələstin səfirliklərindən fələstinli əsirlərin etiraz fəryadını bütün dünyaya çatdırmaq məqsədilə digər ölkələrdə sionist rejim əleyhinə aksiyaların keçirilməsinə şərait yaratmalarını istəyib.
17 aprel Fələstinli Əsir Gününə təsadüf edir.
17 aprel 1971-ci ildə ilk fələstinli əsir sionist rejim həbsxanalarından azad olunub və ondan sonra bu gün Fələstinli Əsir Günü olaraq adlandırılıb.
Fələstinli Əsirlər və Azadələrin məsələləri üzrə Təşkilat bazar günü Fələstinli Əsirlər Klubu və Fələstin Statistika Mərkəzi ilə yaydığı müştərək bəyanatda bildirib: 6500 fələstinli əsir arasında, 57 qadın, 300 uşaq və 13 parlament deputatı məhbusdur.