Əfqanıstanda Hərat vilayətində şiələr məscidinin kənarında terror aktı törədilib
Apr 18, 2017 11:43 Asia/Baku
-
Əfqanıstanda Hərat vilayətində şiələr məscidinin kənarında terror aktı törədilib
Əfqanıstanın qərbində Hərat vilayətində bir məscidin yaxınlığında törədilən terrorçu partlayış nəticəsində bir nəfər ölüb.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Hərat xəstəxanasının sözçüsü Əbdül-Vahid Vəlizadə deyib: Motosikletə quraşdırılan bomba Həratın yeddinci rayonunda Sahibəzzaman(ƏC) məscidi yaxınlığında partladılıb nəticədə bir nəfər ölüb bir nəfər də yaralanıb.
Bu son aylar ərzində terror aktlarına məruz qalan Həratdakı 4-cü məsciddir. Bu terror aktının məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.