Yəmənin ordusu və xalq komitələrinin manevri başlanıb
Yəmənin ordusu və xalq komitələri səud muzdurlarının bu ölkənin qərbindəki hər cür ehtimal olunan savaşı ilə mübarizəyə hazırlıq məqsədilə "Möhkəm balta" adlı manevr keçiriblər.
IRNA-nın məlumatına görə, Yəmənin ordusu və xalq komitələrinin cümə günündən başlanmış manevrində təcavüzkarlarla mübarizə üsulları, qəfil və hücum əməliyyatları icra olunub.
Yəmənin ordusu və xalq komitələri bu manevrin keçirilməsində məqsədi, təcavüzkarlar ilə mübarizənin üçüncü etapı formasında geniş xalq hazırlığı, hərbi mövqelərin günbəgün gücləndirilməsi, eləcə də Yəmənin qərb sahilində modern savaş metodlarından istifadə adlandırıblar.
Yəmənin xalq qüvvələri Ərəbistanın bu ölkəyə qarşı hücumlarının başlanması ilə bir zamanda müxtəlif raketlərin düzəldilməsi və daxili bacarığa söykənməklə səudların bu ölkənin müxtəlif məntəqələrində və hətta Ərriyad yaxınlığındakı mövqelərini raketlə hədəfə alıblar.