Apr 23, 2017 14:06 Asia/Baku
  • Aclıq aksiyasına qoşulan fələstinli əsirlərin sayı artır
    Aclıq aksiyasına qoşulan fələstinli əsirlərin sayı artır

İsrailin "Rimon" zindanında saxlanılan fələstinli əsirlər aclıq aksiyasına başlayan fələstinli əsirlərə qoşulduqlarını bildiriblər.

Fələstinli əsirlər 17 Apreldən İsrail rejiminin irqçi və rasist rəftarlarına etiraz olaraq "Azadlıq və İzzət" şüarı ilə aclıq aksiyasına başlayıblar.

İRNA-nın məlumatına görə, Hənzələ Əsirlər və Azadələr Mərkəzi bildirib ki, İsrail başçıları bəzi fələstinli əsirləri, onların iradəsini sındırmaq və aclıq aksiyasının genişlənməsinə mane olmaq üçün, digər zindanlara köçürürlər.

Son məlumatlara görə, İsrail zindanlarında aclıq aksiyasına qoşulan fələstinli əsirlərin sayı 2000 nəfərə çatıb. Digər fələstinli əsirlərin də bu aksiyaya qoşulması ilə, aclıq aksiyasına qoşulan fələstinli əsirlərin sayı durmadan artır.

Teqlər