May 08, 2017 18:08 Asia/Baku
  • İsrail rejimi məhbəslərində aclıq aksiyası keçirən əsirlər mühakimə olunub
    İsrail rejimi məhbəslərində aclıq aksiyası keçirən əsirlər mühakimə olunub

Fələstinli Əsirlərin məsələləri üzrə komitənin informasiya şöbəsi bildirib: Sionist rejim aclıq aksiyası keçirən fələstinliləri mühakimə edib və onlara qarşı qeyri-qanuni qərarlar çıxarıb.

Əl-Aləm televiziyasının məlumatına görə, Fələstinli Azadələr və Əsirlərin məsələləri üzrə komitənin nümayəndəsi Kərim Əcvə bazar ertəsi günü sionist rejimin Aşkelon həbsxanasında olan fələstinli əsirlər Nail əl-Bərqusi və Məhəmməd əl-Qiqlə görüşünü açıqlayıb: Bu həbsxana başçıları aclıq aksiyası keçirən hər bir əsiri nağd cərimə ödəməyə və iki ay görüşdən məhrum etməyə məhkum ediblər.

Fələstinli Azadələr və Əsirlərin məsələləri üzrə komitənin nümayəndəsi əlavə edib: 59 yaşlı Nail əl-Bərqusinin vəziyyəti ağırdır və bu fələstinli əsirin çəkisi indiyə qədər 5 kiloqram azalıb.

Teqlər