Pakistanlı zəvvarlar acınacaqlı vəziyyətdə
İraqda müqəddəs məkanları ziyarət edən onlarla pakistanlı zəvvarlar öz ölkələrinə qayıtdıqdan sonra neçə gündür ki, Pakistanın Təftan sərhəd şəhərində həbs ediliblər və onlara gediş-gəliş imkanı verilmir.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, çətin şəraitdə İraqın müqəddəs məkanlarını ziyarət etməyə nail olan Pakistanın məzlum şiələri İran sərhəddini keçən kimi Pakistanın Təftan sərhəd şəhərində dövlət tərəfindən həbs ediliblər.
Qadin və uşaqlardan da ibarət olan bu zəvvarlar 15 gündən çoxdur kiçik Təftan şəhərində ilkin imkanlardan belə məhrum ediliblər və Pakistan dövləti təhlükəsizlik məsələlərinə riayət bəhanəsi ilə onlara şəhəri tərk etmək icazəsi vermir.
Təftan şəhəri Pakistanın Bəluçestan vilayətində yerləşən səhra şəhəridir və indiyədək terror hücumlarının və onlarla şiə zəvvarın həlak olmasının şahidi olub.
Pakistanın şiə cəmiiyyətləri və alimlərinin səylərinə rəğmən Pakistan dövləti şiələrin müqəddəs məkanlarını ziyarət edənlərin təhlükəsizliyi və sakitliyinin təmin edilməsi istiqamətində heç bir ciddi addım atmamışdır.