Fələstinli əsirlər mübarizəni davam etdirəcəklərini vurğulayıblar
May 22, 2017 10:05 Asia/Baku
Fələstinli əsirlərin aclıq aksiyası üzrə informasiya komitəsi bildirib: Hedarim həbsxanasında 4 fələstinli əsir aclıq elan edən əsirlərin rəhbəri Mərvan Əl-Bərğusiyə dəstək verərək şəhadət yaxud qələbəyədək öz mübarizələrini davam etdirəcəklərini vurğulayıblar.
Əl-Aləm televiziyasının bildirdiyinə görə, bu komitə Hedarim həbsxanasının məmurlarının aclıq elan edən fələstinlilərin birliyini sındırmaq cəhdlərinə toxunaraq deyib: 110 fələstinli məhbus 35 gün aclıqdan sonra təhlükəli durumdadır.
Fələstinli əsirlər aprelin 17-i fələstinli əsirlər günündə "azadlıq və kəramət" şüarı ilə sionist rejimin fələstinli əsirlərə qarşı vəhşi rəftar və siyasətlərinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıblar