Livanın cənubunda sionist rejimin bir pilotsuzu məhv edilib
-
Livanın cənubunda sionist rejimin bir pilotsuzu məhv edilib
Livanın informasiya mənbələri sionist rejim ordusunun bir ədəd casusluq pilotsuzunun Livanın cənubunda süqut etməsindən xəbər veriblər.
Sionist rejim ordusunun "Sky Lark" tipli casusluq pilotsuzu dünən Livanın cənubundakı "Əyta Əlşəəb" məntəqəsində süqut edib.
Bu, sionist rejimin 2017-ci ilin əvvəlindən Livanın cənubunda süqut edən ikinci pilotsuzudur.
Livan daim öz hava məkanında sionist rejim pilotsuzlarının uçuşlarını BMT Təhlükəsizlik Şurasının 1071 saylı qətnaməsinə əsasən, Livanın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndiribdir.
Sionist hərbçilərin 2006-cı ildəki 33 günlük savaşda məğlub olmalarından sonra BMT Təhlükəsizlik Şurasının 1071 saylı qətnaməsi sionist rejimi məcbur etdi ki, Livanın suverenliyi və ərazi bütövlüyünü pozmasın, lakin bu rejim həmin tələbi yerinə yetirməkdən boyun qaçırdı.
"Elbit Skylark" tipli pilotsuz təyyarə sionist rejimin "Elbit Sistems" zavodunun məhsulu olaraq, elə ilk dəfə də bu rejim ordusu tərəfindən istifadə olunubdur.