Səudiyyə rejimi Əl-Əvamiyyədə bir məscidi hədəfə alıb
-
Səudiyyə rejimi Əl-Əvamiyyədə bir məscidi hədəfə alıb
Ali-Səud rejiminin Səudiyyə Ərəbistanının şərqində Əl-Əvamiyyə bölgəsinə qarşı hücumlarının davamında Əl-Əvamiyyə qəsəbəsində şeyx Məhəmməd Bin Nemr adına məscid raketlə hədəfə alınaraq yandırılıb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Əl-Əvamiyyə qəsəbəsində Əddirə məhəlləsində yerləşən Əhməd Bin Həmud məscidinə vurulan raket məscidin yanması ilə nəticələnib. əldə olunan məlumatlara görə, Ali-Səud rejimi hərbçilərinin Əddirə məntəqəsinə vəhşicəsinə hücumu davam etməkdədir.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi dünən bir bəyanat yayaraq Qətif şəhərinin Mias bazarında bir avtomobilin partladılmasının məsuliyyətini öz üzərinə götürdü.
Səudiyyə Hərbçiləri 2017-ci ilin may ayının onundan şiə sakinli Əvamiyyə bölgəsinə qarşı hücumlara başlayıblar.