Dohada Qətər-Türkiyə təlim-məşqləri başlanıb
İyun 20, 2017 19:57 Asia/Baku
Türkiyə hərbçilərindən birinci qrupun Qətərə göndərilməsi və onların Doha qarnizonunda yerləşmələrilə iki ölkə ordusunun birgə təlim-məşqlərinin ilk mərhələsi keçirilib.
IRNA-nın məlumatına görə, Qətər müdafiə nazirliyi başçılarının bildirdiklərinə əsasən, Qətər və Türkiyənin quru qoşunlarının təlim-məşqlərində fərz olunan düşmənin mövqelərini hədəfə almaq üçün ağır texnikadan istifadə olunub və onda məqsəd, hərbi qüvvələrin müştərək hədələrlə mübarizə üzrə hazırlıq səviyyəsinin artırılması elan olunubdur.