İyun 24, 2017 12:43 Asia/Baku
  • İraqın şimalında referendum regiona qarşı təhdiddir
    İraqın şimalında referendum regiona qarşı təhdiddir

İraqın təqlid mərcələrindən biri İraqın Kürdüstan bölgəsində referendumun keçirilməsinin İraq və regionda destabilliyə səbəb olacağını bildirib.

İraqın Kürdüstan bölgəsinin partiyaları son vaxtlar bu bölgənin başçısı Məsud Barizani ilə birgə iclasda cari milad ili 25 dekabrda bu bölgənin İraqdan ayrılmasına dair referendumun keçirilməsi ilə razılaşıblar. 

Barizani daxili, regional və beynəlxalq müxalifətlərə rəğmən İraq kürdlərini bu referendumda iştirak etməyə çağırıb. 

İraqın VAA xəbər agentliyinin verdiyi məlumata görə, İraqın dini təqlid mərcələrindən olan şeyx Məhəmməd Təqi Əl-Müdərrisi dünən Kürdüstan bölgəsinin İraqdan ayrılması üzrə referendumun keçirilməsinin terrorizm ilə mübarizəyə heç bir töhfə verməyəcəyini bildirərək beynəlxalq ictimaiyyəti terrorizmin kökünü kəsmək üçün birləşməyə çağırıb.

Teqlər