İyun 25, 2017 11:20 Asia/Baku
  • Seyid Həsən Nəsrullahın çıxışı İsrailin hərbi rəsmilərini nigaran etdi
    Seyid Həsən Nəsrullahın çıxışı İsrailin hərbi rəsmilərini nigaran etdi

İsrail mediaları Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrullahın cümə günü etdiyi çıxışında İsrail rejimi ilə mübarizə aparmaq üçün minlərlə mübarizin Hizbullaha qoşulması barədə səsləndirdiyi fikirlərin sionist rejimin hərbi rəsmilərinin ciddi narahatlığına səbəb olduğunu bildiriblər.

Livanın Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İsrail mediaları bildiriblər ki, Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrullahın Ümumdünya Qüds Günü münasibətiilə etdiyi çıxışında gələcək müharibələrdə minlərlə ərəb və müsəlman mübarizin İsrail ilə savaşa qatılacağını söyləməsi İsrail başçılarının nigaranlığına səbəb olub. 

Əl-Məyadin informasiya kanalı bildirir: heç şübhəsiz Livan Hizbullahının yeni sözləri İsrailin hərbi rəsmilərinin cümə axşamı Hertzeliya illik təhlükəsizlik konfransında səsləndirdikləri təhdidlərə qarşı münasib cavab sayılır. 

Analitiklərin qənaətinə görə, bu təhdid təhlükəsizlik məsələləri ilə bağlı fikir sahiblərinin ötən illər ərzində İraq, suriya və Livandan keçərək, Aralıq dənizinə açılan koridordan qaynaqlanan təhlükə barədə səsləndirdikləri fikirləri təsdiq etmiş olub. 

İsrailin müharibə naziri Aviqdor Liberman Hertzeliya konfransında deyib: İsrail Livan Hizbullahı ilə yeni bir müharibəyə daxil olmaq niyyətində deyil. 

Teqlər