İyun 30, 2017 10:50 Asia/Baku
  • Sionist rejimin bir pilotsuzu qərb sahilində süqut edib

Sionist rejimin bir casusluq pilotsuzu İordan çayının qərb sahilində, Fələstin muxtariyyətinin nəzarətində olan məntəqədə süqut edib.

IRNA-nın məlumatına görə, ərəbcə yayımlanan Skay-Nyus informasiya kanalı dünən gecə bu xəbəri verib. Bu kanal sionist rejimin casusluq pilotsuzunun İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərinin səmasında süqut etdiyini bildirib və qeyd edibdir ki, hələlik bu hadisənin səbəbi məlum deyildir.

Xəbər mediaları çərşənbə günü bildiriblər ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun işğal olunmuş Cövlan yüksəklikləri məntəqələrində olduğu zaman bu məntəqəyə bir raket atılıbdır.

Netanyahu Suriyanı hədələyərək deyib ki, İsrail rejiminə qarşı heç bir atəşi qəbul etməyəcək və ona cavab verəcəkdir.

Belə bir halda, sionist rejim bir daha çərşənbə günü axşamçağı Suriya ordusunun bu ölkənin Qunəytrə vilayətində yerləşən “Şərqi Səmdaniyyə” məntəqəsindəki mövqelərini hədəfə alıbdır.

Suriya böhranının başlanmasından bəri sionist rejim dəfələrlə terrorçulara dəstək istiqamətində Suriya ordusunun mövqelərini bombalayıbdır.

 

 

Teqlər