İsrail zindanlarında "qırmızı" vəziyyət
İsrailin Zindanlar İdarəsi "Həmas" hərəkatına üzv olanların ailə üzvlərinin həbsdə olan övladları ilə görüşünün qadağan edilməsi xəbərinin yayılmasının ardınca, bütün zindanlarda tam hazırlıq vəziyyəti elan edib.
İsrail rejimi son zamanlar Fələstin İslam Müqaviməti Hərəkatı Həmas-ın həbsdə olan üzvlərini ailələri ilə görüşdən məhrum edib.
İRNA-nın məlumatına görə, Fələstinli Əsirlər Araşdırmalar Mərkəzinin müdiri Rafət Həmdaniyə deyib: İsrail rejimi Həmas üzvlərinin övladları ilə görüşünə qadağa qoymaqla beynəlxalq qanunlara zidd bir addım atmış olub. Bu isə İsrail zindanlarında gərginliyə səbəb ola bilər.
Həmdaniyə medialar, hüquq təşkilatları və insan haqları müdafiəçilərini bu qanunsuz addımı durdurmaq üçün İsrail rejiminə təzyiq göstərməyə çağırıb.
Bundan öncə 1800 fələstinli əsir 17 Aprel 2017-ci il tarixindən İsrail zindanlarındakı dözülməz vəziyyətə etiraz olaraq aclıq aksiyasına başlamışdılar. Bu aclıq aksiyası 41 gün davam etmişdi.