Bəhreyndə siyasi məhbuslar aclıq aksiyasına başlayıblar
İyul 07, 2017 10:28 Asia/Baku
Bəhreyndə siyasi məhbusların Ali-Xəlifə rejiminin zülm və zorakılıqlarına etiraz olaraq başlatdıqları aclıq aksiyası artıq 3 gündür ki, davam edir.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Bəhreyndə siyasi məhbusların aclıq aksiyas çərşənbə axşamı günü "İtirilmiş haqlar" adı altında və Ali-Xəlifə rejiminin zülm və zorakılıqlarına etiraz olaraq başladılıb.
Siyasi məhbuslar Ali-Xəlifə rejimi tərəfindən davamlı olaraq işgəncəyə məruz qalır və ən primitiv haqlarından belə məhrum edilirlər.
Bəhreyn əhalisinin sayının az olmasına görə, dünyada ən çox siyasi məhbusa malik ölkələrdən biri sayılır.