BAT Ərəbistana silah satışının qanuniləşməsinə etiraz etdi
Beynəlxalq Amnistiya Təşkilatı Britaniyanın Səudiyyə Ərəbistanına silah satışının qanuniləşməsinə dair Britaniya məhkəməsinin qərarını Yəməndə insan haqlarına böyük zərbə adlandırıb.
Beynəlxalq Amnistiya Təşkilatının informasiya portalının məlumatına görə, Londonda yerləşən bu insan haqları təşkilatı bazar ertəsi günü Britaniya Ali Məhkəməsinin silah ticarəti ilə mübarizə çərçivəsində qərarına etiraz etməklə Səudiyyə Ərəbistanına silah satışının dayandırılmasını istəyib.
Beynəlxalq Amnistiya bildirib: Səudiyyə Ərəbistanı rejimi bu silahları müharibələrdə və qarşıdurmalarda sivillərin həyatının qorunmasını vacib edən beynəxlalq humanist hüquqa zidd məqsədlərdə istifadə edir.
Britaniya Ali Məhkəməsi bazar ertəsi günü Ərəbistana silah satışının dayandırılmasına dair ictimai təşkilatların Britaniya hökumətindən şikayətini rədd edib.
Beynəlxalq Amnistiya Təşkilatının Silahlara Nəzarət və Hüquq Departamentinin rəhbəri Cemys Linç bu qərarı naümidverici adlandırıb: Britaniya hökuməti və digər silah alverçilərinin Ərəbistana silah satışına imkan yaradır.
Beynəlxalq Amnistiya Təşkilatının bildirdiyinə görə, Səudiyyə Ərəbistanının Yəmənə hücumu başlanmasından bəri, bu hücum nəticəsində 13 min yəmənli sivil həyatını itirib.