Ali-Səud rejiminin əl-Əvamiyyəyə hücumunda 3 nəfər ölüb
Səudiyyə Ərəbistanı hərbçilərinin bu ölkənin şərqində yerləşən əl-Qətif vilayətinin Seyhatül-Əvamiyyə məhəlləsinə hücumunda 3 nəfər həlak olub, bir neçə nəfər də yaralanıb.
Şiə sakinli əl-Əvamiyyə məntəqəsi altı ildir ki, ölkədə geniş yayılan ayrı-seçkiliklərə son qoyulması və ciddi islahatların aparılması tələbi ilə dinc aksiyaların şahidi olur.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Səudiyyə qaynaqları bu gün səhər bildiriblər ki, Ali-Səud rejiminin əl-Əvamiyyə məntəqəsinin müxtəlif məhəllələrində əhaliyə açdıqları atəş nəticəsində Cəfər Məbirik, Həsən Məhəmməd və Sadıq Dərviş həlak olublar.
Səudiyyə hərbçiləri 2017-ci il may ayının 10-dan Əvamiyyə şəhərinə hücuma başladılar. Ali-Səudun ölkənin şərq ərazilərinə hücumlar üçün bəhanəsi bu bölgələrin inkişaf layihəsinin icrası və binaların möhkəmləndirilməsi olmuşdur. Halbuki əl-Əvamiyyədə hökumət tərəfindən həyata keçən təşəbbüslər rejimin bu ərazidə cəmiyyətin tərkibini və şəhərin quruluşunu dəyişmək cəhdlərindən xəbər verir.