İyul 16, 2017 08:30 Asia/Baku
  • Netanyahu geri çəkilməli oldu

Sionist rejim baş naziri işğal olunmuş ərazilərin daxili və xaricində geniş etirazlardan sonra dünən gecə Məscidül-Əqsa qapılarının bağlanması qərarından geri dönməli olub.

Qüdsü işğal edən rejim hərbçiləri Benyamin Netanyahunun göstərişi əsasında cümə günündən Məscidül-Əqsanın qapılarını fələstinli namaz qılanlar və baxış keçirmək istəyənlərin üzünə bağlayıblar. 

Netanyahunun bu hərəkəti Beytül-Müqəddəs, Ramullah və digər fələstin bölgələrində geniş etirazlara səbəb olub. 

Fələstinli gənclər dünən gecə Məscidül-Əqsaya qarşı hərbi mühasirəni sındırmağa və məscidə daxil olmağa çalışıbalr amma sionist rejim hərbçiləri onları döyərək buna mane olub. 

Minlərlə fələstinli də dünən məğrib namazını Məscidül-Əqsanın yaxınlığında qılıblar. 

Məscidül-Əqsanın qapılarının bağlanması bir çox müsəlman ölkələr və beynəlxalq təşkilatların rəsmiləri o cümlədən də İranın Xarici İşlər Nazirliyinin sözçüsünün reaksiyasına səbəb olub. 

İİR XİN sözçüsü Bəhram Qasimi dünən gecə deyib: Sionist rejimin Məscidül-Əqsanın qapılarını namaz qılanların üzünə bağlaması pislənilir və insan haqları təməl prinsiplərinə ziddir. 

Sionist rejimin Qüds və Məscidül-Əqsaya qarşı ekspansionist hərəkətləri elə bir şəraitdədir ki, UNESCO ötən il bir qətnamə qəbul edərək yəhudilərin Qüdsdəki müqəddəs məkanlar xüsusiylə Məscidül-Əqsa ilə hər hansı tarixi və dini yaxud mədəni əlaqəsini rədd etdi və bu məscidin müsəlmanlar üçün müqəddəs məkan olduğunu bildirdi. 

Teqlər