Pakistanda 8 İŞİD terrorçusu məhv edildi
Pakistan qırıcıları ölkənin şimal-qərbində yerləşən Xeybər Pəxtunxah vilayətində terrorçuların sığınacağını bombalayıb.
İRİB-nin verdiyi məlumata görə, Pakistan ordusu Xeybər Pəxtunxah vilayətində davam edən anti-terror əməliyyatının davamında Pişavər şəhərinin yaxınlığında yerləşən Tirah vadisində terrorçuların sığınacağını bombalayıb. Dünən gecə həyata keçirilən bu əməliyyatda İŞİD terror qruplaşmasının 8 üzvü həlak olub.
Əməliyyat zamanı daha üç terrorçunun da yaralandığı və onların sığınacaqlarının dağıdıldığı bildirilir.
Pakistan ordusu terrorçu qruplaşmalara qarşı " Zərb Əzəb" və "Rəddül-Fəsad" adlı əməliyyatlarla yanaşı "Xeybər" adlı yeni anti-terror əməliyyatına da başlayıb.
Xeybər Pəxtunxah Pakistanın şimal-qərbində yerləşir və ölkənin ən təhlükəsiz məntəqəsi sayılır. Taliban və İŞİD terrorçularının əsas mərkəzləri elə bu vilayətdə yerləşir.