Fələstinlilər sionist rejimin hərəkətlərini pislədi
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS Beyrutda etiraz xarakterli aksiya təşkil edərək işğalçı sionist rejimin əl-Əqsa məscidindəki təcavüzkar hərəkətlərini pisləyib.
İRİB-in məlumatına görə, çərşənbə axşamı günü baş tutan bu etiraz aksiyasının iştirakçıları əl-Əqsa məscidinə hörmətsizliyə və Qüds-Şərifdə işğalçıların təcavüzkarlığına son qoyulmasını istəyiblər.
HƏMAS-ın Livanda təbliğat məsələləri üzrə rəsmisi Rəfət Mərrə Qüdsdəki son olayların əl-Əqsa məscidinin mülkiyyəti üzərində olduğunu bildirərək deyib: Əl-Əqsa məscidinin mülkiyyəti və onun idarə olunması müsəlmanlara aiddir.
Fələstin İslam Cihadı Hərəkatının rəhbərlərindən Məhfuz Münəvər də deyib: Müsəlmanlar, xristianlar və dünyanın bütün azadlıq sevər insanları əl-Əqsa məscidi qarşısındakı vəzifələrini yerinə yetirməlidirlər.
Fələstinin müqavimət qrupları da çərşənbə günü Fələstinin müxtəlif şəhərlərində aksiyalar təşkil edərək əl-Əqsa Məscidi və Qüds-Şərifin himayə olunmasını vurğulayıblar.
Həmçinin Fələstinin əl-Kəfah Hərəkatı bir bəyanatda İsrail işğalçılarına qarşı Qəzəb Cüməsi aksiyasının keçirilməsini istəyib.
Ötən cümə günü Qüdsdə 3 fələstinli gəncin şəhadətsevər əməliyyatı ardınca, sionist rejim baş naziri Benyamin Netanyahu göstəriş verib ki, əl-Əqsa məscidinin girişlərində kameralar və elektron keçidlər quraşdırılsın.