Qüds qapalı hərbi məntəqəyə çevrilib
Sionist rejim fələstinlilərin cümə günü geniş etiraz aksiyası keçirmələrindən nigaran olduğuna görə, Qüds şəhərini qapalı hərbi məntəqə elan edib.
IRIB-nin məlumatına görə, sionist rejim hərbçiləri tərəfindən Məsciduləqsanın girəcəklərində elektron darvazaların yerləşdirilməsinə etiraz əlaməti olaraq, bu gün bütün Fələstində “hiddət günü” aksiyası keçirilməlidir.
Sionist hərbçilər bu gün səhər tezdən Məsciduləqsanın “Babulisbat” məkanında dəmir maneələr quraşdırıblar. Sionist rejim həmçinin özünün hərbi qüvvələrini geniş surətdə Qüdsün qədim bölməsində yerləşdirib.
Daxil olan məlumatlara görə, sionist rejim polisi işğal olunmuş Qüdsdə iki mindən yuxarı xəfiyyə qüvvəsi yerləşdirərək, əlli yaşından aşağı kişilərin Məsciduləqsaya daxil olmalarına mane olubdur.
Dünən axşamçağı sionist hərbçilərin Məsciduləqsanın girəcəyində piket keçirən fələstinli namazqılanlara qarşı hücumunda yetmişdən çox fələstinli yaralanıb.
Ötən həftə sionist rejim hərbçiləri ilə fələstinli gənclər arasında Məsciduləqsada baş vermiş və iki sionistin ölümü və üç fələstinli gəncin şəhid olması ilə nəticələnmiş toqquşmadan sonra Qüdsdə və Məsciduləqsada vəziyyət gərginləşibdir.