İyul 28, 2017 15:12 Asia/Baku
  • Nəvaz Şərif istefa verib
    Nəvaz Şərif istefa verib

Pakistanın baş naziri Ali məhkəmə tərəfindən səlahiyyətlərinin ləğv edilməsindən sonra öz vəzifəsindən istefa verib.

İSNA-nın verdiyi məlumata görə, Pakistanın Ali Məhkəməsi ölkənin baş naziri Nəvaz Şərifi "Panama sənədləri" korrupsiya macərasında suçlu hesab edib və onun səlahiyyətlərinə son qoyub. 

Pakistanın Ali Məhkəməsinin 5 hakimi bu qərarı veriblər. 

Nəvaz Şərifin səlahiyyətlərinin ləğv olunması qərarından sonra Ravelpendi və İslamabad şəhərlərinə təhülkəsizlik qüvvələri geniş fəaliyyətə başlayıblar və 5 nəfərdən əlavə yığıncaqları qadağan ediblər. 

Ali Məhkəmənin hökmünə əsasən Nəvaz Şərin siyasi fəaliyyətlərdə iştirak hüququna malik deyil və ailəsi ilə birlikdə ölkədən çıxması qadağan edilib. 

Pakistanın Ali Məhkəməsi Maliyyə naziri və kürəkənininin də səlahiyyətlərinə xitam verib. 

 

Teqlər