Avq 07, 2017 20:54 Asia/Baku
  • Fələstinlilərin PUA-sı İsraili qorxuya salıb
    Fələstinlilərin PUA-sı İsraili qorxuya salıb

İşğal edilmiş Fələstin ərazilərində fələstinlilərə məxsus bir ədəd pilotsuz uçan aparatın aşkar edilməsi sionistləri qorxuya salıb.

Əl-Qüds Əl-Ərəbi qəzetinin yazdığına görə, bir ədəd pilotsuz uçan aparatın İsrail ərazisinə daxil olması İsrailin təhlükəsizlik dairələrinin nigaranlığına səbəb olub. 

Sionistlər gələcəkdə bu növ PUA-ların daha artıq İsrail ərazilərinə daxil olması və onlardan sionistlərə qarşı hücumlarda istifadənin edilməsi məsələsindən nigarandırlar. 

İsrail ordusunun sözçüsü deyib: İsrail ordusu Qəzzə zolağından havaya qalxaraq, İsrail ərazisinə daxil olan bir ədəd pilotsuz uçan aparatı vuraraq, yerə salıb. Bu PUA-nın qalıqları lazımi araşdırmaların aparılması üçün götürülüb. 

Fələstinlilərin anti-sionist əməliyyatlarının davam etməsi sionistləri qorxuya salıb. Bir çox sionist qəsəbə sakini Qəzzə zolağından gələcək təhlükədən nigarandır. Elə buna görə də Qəzzə zolağına yaxın ərazilərdə yaşayan sionistlər bu ərazilərdən köçməyə üstünlük verirlər. 

Teqlər