Səudların Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam edir
Səud təcavüzkarlarının Yəmənin şəhərləri və yaşayış massivlərinə qarşı hücumlarının davamında bu gün də səud qırıcıları Yəmənin bir neçə vilayətini bombardman ediblər ki, bu da bir çox xəsarətlərə səbəb olubdur.
Yəmənin Ənsarullah hərəkatının informasiya portalının məlumatına görə, səud qırıcıları beş dəfə Həccə vilayətində yerləşən Midi şəhərinə basqın ediblər. Təcavüzkar qırıcılar dörd dəfə də Təiz vilayətində yerləşən Əlməxa şəhərindəki Yəxtəl məntəqəsinin şərq hissəsini bombalayıblar.
Ərəbistan qırıcıları həmçinin Yəmənin yaşayış massivlərinə qarşı hücumlarının davamında Səədə vilayətinin Əlzahir şəhərini, eləcə də İmran vilayətinin Hus məntəqəsini bombardman ediblər.
Digər tərəfdən, Yəmən ordusunun və Ənsarullahın artilleriya bölməsi də səudların cinayətlərinə cavab olaraq, bu gün səhər Ərəbistan ordusunun Nəcran şəhərinin Əltələ məntəqəsində yerləşən silah anbarını hədəfə alaraq, məhv edibdir.