Avq 17, 2017 18:22 Asia/Baku
  • Qətər-Ərəbistan sərhədləri açıldı; Siyasi motivlə
    Qətər-Ərəbistan sərhədləri açıldı; Siyasi motivlə

Qətər xarici işlər naziri deyib: Qətər-Ərəbistan sərhədlərinin qətərli zəvvarların üzünə açılması siyasi motivlərlə olmuşdur.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, Qətər xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Ali-Sani bu gün cümə axşamı günü sərhədlərin qətərli zəvvarların üzünə açılması ilə bağlı Ərəbistanın qərarını müsbət qarşılayıb və onu bu ölkəyə tətbiq olunan mühasirənin ləğvi istiqamətində addım adlandırıb. 

Qətər xarici işlər naziri bildirib: Səudiyyə Ərəbistanı Həcc mərasimində Qətər vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə məsuldur. 

Səudiyyə Ərəbistanı kralı Kral Salman çərşənbə gecə Ərəbistan və Qətər arasında quru keçidinin qətərli zəvvarlar üçün açılmasına qərar verib. 

Səlva keçidinin açılmasında məqsəd Həcc mərasimini yerinə yetirmək üçün Qətər vətəndaşlarının Ərəbistana girişinə şərait yaratmaq adlandırılıb. Bu qərarla qətərli zəvvarlara elektron yoxlamalar tətbiq olunmur. 

Səudiyyə Ərəbistanı mediaları bildiriblər ki, kral Salman həmçinin qətərli zəvvarları öz hesabına nəql etmək üçün təyyarələr göndərib. Kral Salmanın qərarı qətərli şahzadə Şeyx Əhməd Bin Abdulla Bin Casim Ali Saninin Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanla görüşündən sonra verilib. 

Bu arada cümə axşamı günü Qətərin Ərəbistanla quru sərhədinin yenidən açılmasından sonra, qətərli zəvvarların ilk karvanı Ərəbistan ərazisinə daxil olub. 

Ərəbistanın Pasport İdarəsi bildirib: Qətərli zəvvarların Ərəbistan ərazisinə daxil olmasına icazə verildikdən və quru sərhəd açıldıqdan sonra, indiyə qədər 100 qətərli zəvvar Səlva keçidi ilə Ərəbistana daxil olub. 

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyundan Dohanı terrorizmi dəstəkləmək və onlarla eyni istiqamətdə siyasət yürütməməkdə suçlayaraq Qətərlə diplomatik əlaqələrini dayandırıb və quru, dəniz və hava sərhədlərini bağlayıblar. 

Teqlər