20 min həşdüşşəbi qüvvəsi Tələfər əməliyyatında iştirak edir
Həşdüşşəbi qüvvələrinin sözçüsü Tələfər bölgəsinin İŞİD-in işğalından azad edilməsi əməliyyatında mütləq iştirak edəcəyini vurğulayıb.
Livanın Əl-Məyadin telekanalının verdiyi məlumata görə, İraqın Həşdüşşəbi qüvvələrinin sözçüsü Əhməd Əsədi dünən deyib: Tələfər bölgəsinin azad edilməsi üçün nəzərdə tutulan İraqın səfərbər qüvvələrinin sayı 20 min nəfər təşkil edir.
Əsədi deyib: İraqın silahlı qüvvələrinin baş komandanı və baş nazir Heydər Əl-İbadi bu əməliyyatın başlanması zamanını elan edəcək.
Əhməd Əsədi Tələfər əməliyyatı barədə isə deyib: Bu əməliyyat çox çəkməyəcək və bir neçə həftə ərzində Tələfər azad ediləcək.
İraqlı qaynaqlar da Tələfərin azad edilməsi əməliyyatı ərəfəsində İŞİD terrorçularının başçılarının yaşadıqları mənzilləri tərk etmələrindən xəbər verərək bildiriblər ki, onların bu təşəbbüsü öz ailələrini Tələfər sakinlərinin arasında gizlətmək məqsədi güdür.
Bu gün Həşdüşşəbi, Ordu və polis qüvvələrindən ibarət çoxlu sayda adam hərbi texnika ilə Tələfərin ətrafına çatıblar.
İraqın müştərək əməliyyat qərargahı çərşənbə axşamı Tələfər bölgəsində hava əməliyyatlarına start verildiyini bildirdi və quru əməliyyatların da az fasilədən sonra başlanacağından xəbər verdi.
Hal-hazırda Mosulun qərbində yerləşən Tələfər, Kərkukun cənub qərbində yerləşən Həvicə və Əl-Ənbar vilayətinin qərbində yerləşən Əl-Qaim strateji şəhərləri İŞİD terrorçularının işğalındadır.