Hizbullah-ın hücum pilotsuzlarının təsvirləri sionistləri qorxuya salıbdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280606-hizbullah_ın_hücum_pilotsuzlarının_təsvirləri_sionistləri_qorxuya_salıbdır
İŞİD-in Suriyanın Qələmun şəhərindəki mövqelərini hədəfə alan Livan Hizbullahının pilotsuzlarının təsvirlərinin yayılması sionist rejim ordusunun komandalarının nigarançılığına və qorxusuna səbəb olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2017 07:24 Asia/Baku
  • Hizbullah-ın hücum pilotsuzlarının təsvirləri sionistləri qorxuya salıbdır
    Hizbullah-ın hücum pilotsuzlarının təsvirləri sionistləri qorxuya salıbdır

İŞİD-in Suriyanın Qələmun şəhərindəki mövqelərini hədəfə alan Livan Hizbullahının pilotsuzlarının təsvirlərinin yayılması sionist rejim ordusunun komandalarının nigarançılığına və qorxusuna səbəb olubdur.

Müqavimət qüvvələri yeni bacarıq əldə etdiyini bildirərkən sionist işğalçıların nigarançılığı artır. Hizbullah-ın müharibə təbliğatı qərargahının müqavimət qüvvələrinin İŞİD-in Qərbi Qələmun məntəqəsindəki mövqelərinə qarşı hücumu ilə bağlı yaydığı təsvirlər sionist rejimin ani reaksiyası ilə üzləşib. Sionist rejim ordusunda şimal məntəqəsi komandanlığının başçıları bildiriblər ki, bu təsvirlərin yayılması İsrail rejiminin Hizbullah qarşısındakı önləyicilik qüdrətinin təsirsiz olduğunu göstərir və işğal olunmuş Fələstin ərazilərindəki məntəqələr daha bu cür təhdidlərlə üzləşməyə hazır deyildir.

Sionist hərbi ekspertlər bu təsvirlərin bir hissəsini psixoloji müharibənin bir hissəsi adlandırıblar ki, Hizbullah təkfirçi qruplara və İsrail rejiminə qarşı yayıbdır.