Sen 01, 2017 12:06 Asia/Baku
  • Kərkükdə referendumun keçirilməsi qərarının qanunsuz olduğu vurğulanıb

İraqda türkəman cəbhəsinin sədri Kərkük vilayət şurasının bu vilayətdə Kürdüstan məntəqəsinin İraqdan ayrılması barədə referendumun keçirilməsi haqdakı qərarını qanunsuz adlandırıb.

İraqda türkəman cəbhəsinin sədri Ərşəd Salehi dünən bir bəyanatda bildirib ki, Kərkük vilayət şurasının bu vilayət sakinlərinin Ərbil, Suleymaniyyə və Dəhuk vilayətlərinin sakinləri ilə yanaşı Kürdüstan məntəqəsinin İraqdan ayrılması barədə referendumda iştirak etmələrilə razılaşması qanunsuz hərəkət olaraq, bir növ yeni işğalçılıq sayılır.

İraq məclisində "Əsaib Əhləlhəqq" hərəkatının tabeliyində olan "Sadiqun" fraksiyasının sədri Həsən Salim də "Bağdad Əlyəum" xəbər portalı ilə müsahibədə İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizaninin ekspansianist hədəfləri barədə xəbərdarlıq edərək, deyib ki, onun Kərkük vilayəti torpağının hər bir qarışı ilə bağlı təcavüzü İraqın xalq səfərbər qüvvələri və onun himayədarlarının dağıdıcı reaksiyası ilə üzləşəcəkdir.

Kərkük İraqın mərkəzi dövlətilə bu ölkənin Kürdüstan məntəqəsi arasında ixtilafa səbəb olan ən mühüm məntəqələrdən olaraq, mərkəzi dövlətin birbaşa nəzarəti altındadır.

İraq Kürdüstanı məntəqəsinin 2017-ci il sentyabrın 25-də İraqdan ayrılmaq barədə referendumun keçirilməsinə israr etməsi İraq dövlətinin, müxtəlif iraqlı qrupların, eləcə də region və dünya ölkələrinin kəskin reaksiyaları ilə üzləşibdir.

Teqlər