Sionist rejim onlarla fələstinli uşaq üçün ağır hökm çıxarıb
Fələstinli əsirlər və azadələrin işləri üzrə heyət bildirib ki, ötən milad ayında sionist rejim məhkəməsi 39 fələstinli uşaq üçün ağır hökm çıxarıbdır.
IRNA-nın məlumatına görə, fələstinli əsirlər və azadələrin işləri üzrə heyət ötən milad ayında bir sionist rejim məhkəməsinin avqust ayında ağır nağd cərimələrə və bir aydan 32 ayadək həbsə şamil olan 39 fələstinli uşaq üçün ağır hökm çıxarmasına işarə edərək, bildirib ki, sionist rejim hərbçiləri bu uşaqları döydükdən və onlara tərəf atəş açdıqdan sonra onları həbs ediblər.
Fələstinli əsirlər və azadələrin işləri üzrə heyət 2017-ci ilin əvvəlindən sionist hərbçilər tərəfindən təqribən 800 fələstinli uşağın həbs olunmasına işarə edərək, qeyd edib ki, təkcə ötən avqust ayında 59 fələstinli uşaq həbs edildikdən sonra Ufer məhbəsinə köçürülüb.
Bundan öncə Fələstinli əsirlər və azadələrin işləri üzrə heyət sionist rejim məhbəslərində saxlanılan fələstinli əsirlərin sayını 6500 nəfər elan etmişdi.