Sen 09, 2017 18:03 Asia/Baku
  • Azərbaycan prezidenti Qazaxıstana səfər edib
    Azərbaycan prezidenti Qazaxıstana səfər edib

İraqın baş naziri Heydər İbadi Myanmanın Raxin vilayətində Rohinqya müsəlmanlarına qarşı kütləvi zorakılıq hallarının artmasını kəskin formada qınayıb və müsəlman qırğınına dərhal son qoyulmasını istəyib.

PressTV-nin məlumatına görə, İraqın Xarici İşlər Nazirliyi də Rohinqya müsəlmanlarına qarşı cinayətləri qınayıb və bütün insan haqları müdafiəçilərindən, beynəlxalq təşkilatlardan, Ərəb birlikləri və bütün müsəlman ölkələrdən bu məsələ qarşısında ciddi mövqe tutmalarını istəyib. 

İraqın baş müftisi Şeyx Mehdi Səmidayi də PressTV-yə verdiyi müsahibədə bəzi ərəb və müsəlman ölkələrin Myanma müsəlmanlarının qırğın edilməsi məsələsində sükut etmələrini qınayıb və deyib: Rohinqya müsəlmanlarına qarşı törədilən cinayətlər müsəlmanlara qarşı soyqırımı sayılır və bu gün müsəlmanların bir-birilərini himayə etmələrinə hər zaman olduğundan daha artıq ehtiyac var. 

Teqlər