Bəhreyn zindanlarında yüzlərlə məktəbli
Bəhreyndə yeni təhsil ilinin başlanmasına baxmayaraq, 200-dən çox məktəbli bu günlər Ali-Xəlifə zindanlarında məhbus həyatı yaşayır.
Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, bəhreynli insan haqları müdafiəçisi Əhməd Səffar həbsdə olan məktəblilərin azad edilməsini istəyərək, deyib: Bu uşaqların siyasi səbəblər üzündən təhsildən məhrum edilmələri qəbuledilməzdir.
Səffar həmçinin, aclıq aksiyası keçirən bəzi məhbusların Zindanlar İdarəsinin yaxınlığına köçürülməsini və onların bütün hüquqlarından məhrum edilmələrini narahatlıq doğuran məqam adlandırıb və deyib: Bu məhbusların digərləri ilə görüşü qadağan edilib və xüsusi təyinatlı qüvvələrin nəzarəti altında olan çadırlarda saxlanılırlar.
Bəhreyn Əl-Yəum internet portalı Cəvf zindanında saxlanılan müxalifət liderlərinin də aclıq aksiyasına qoşulduqlarını bildirib.