Bəhreynlilər məhbuslara dəstək oldular
Bəhreyn vətəndaşları aclıq aksiyası keçirən məhbuslarlarla həmrəylik və bu ölkə alimlərinin dəvəti ilə aksiya keçiriblər.
Fars Xəbər Agentliyinin məlumatına görə, bu aksiya cümə axşamı gecə Bəhreynin müxtəlif bögələrində keçirilib və bəzi bölgələrdə, o cümlədən əl-Məamir və Cərdabda Ali-Xəlifə rejiminin təhlükəsizlik məmurları aksiyalara müdaxilə ediblər.
Bəhreyn KİV-nin məlumatına görə, bu gün də Bəhreyn vətəndaşları bu ölkə alimlərinin dəvəti ilə aclıq aksiyası keçirən məhbuslarla həmrəyliyi elan etmək üçün aksiya keçiriblər.
Cəu mərkəzi həbsxanasında siyasi məhbuslar 10 sentyabrdan həbsxananın ağır durumu, məhbusların işgəncə olunması, ailələri ilə əlaqə saxlamalarına məhdudiyyətin tətbiq olunmasına etiraz olaraq aclıq aksiyasına başlayıblar.