Sen 19, 2017 12:36 Asia/Baku
  • Barzani referendum haqda şərt irəli sürdü
    Barzani referendum haqda şərt irəli sürdü

İraq kürd muxtariyyətinin başçısı Kürdüstanın İraqdan ayrılması üzrə referendum haqda kürdlərin yekun qərarının elan olunmasını beynəlxalq zəmanətlərlə şərtləndirib.

İSNA-nın məlumatına görə, İraq Kürdüstanı başçısı Məsud Barzani bazar ertəsi günü İngiltərə müdafiə naziri Maykl Fallonla Ərbildə görüşün kənarında alternativ seçimlərin bu muxtariyyətin İraqdan ayrılması üçün kürdlərin müraciətinə cavab vermədiyini bildirib və deyib: İraq hökuməti müzakirə ilə bu barədə zaman cədvəli müəyyənləşdirərsə və beynəlxalq zəmanətlərlə razılaşarsa, bu halda kürdlər öz yekun qərarlarını elan edəcəklər. 

İngiltərə müdafiə naziri də referendumun təxirə salınmasını, BMT-nin nəzarəti altında açıq proqramların həyata keçirilməsini istəyib. 

İraq baş naziri Heydər əl-İbadinin başçılığı ilə bu ölkənin Milli Təhlükəsizlik Şurası bazar günü keçirilən iclasında kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsinə açıq-aşkar qarşı olduğunu bildirib və onu qeyri-qanuni və İraq xalqının birliyi və milli təhlükəsizliyinə təhdid adlandırıb. 

Teqlər