Kürd referendumu ərəfəsində gərginliklər artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283077-kürd_referendumu_ərəfəsində_gərginliklər_artıb
Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum ərəfəsində Tuz Xurmatu bölgəsində gərginliklər artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2017 08:00 Asia/Baku
  • Kürd referendumu ərəfəsində gərginliklər artıb
    Kürd referendumu ərəfəsində gərginliklər artıb

Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendum ərəfəsində Tuz Xurmatu bölgəsində gərginliklər artıb.

Əl-Cəzirə televiziyasının məlumatına görə, hazırda Kərkük şəhəri və bu vilayətin türkmən sakinli şəhərləri, o cümlədən Tuz Xurmatuda durum gərgindir. Türkmənlər kürd qüvvələrlə qarşılaşmağa hazırlaşıblar. Qarşısıdna kürd peşmərgə qüvvələri Tuz Xurmatu ətrafındakı təpələrdə mövqelər yaradıblar. Həşdüş-Şəəbinin komandanlarından biri Muin əl-Kazimi və Bədr Təşkilatının tanınmış üzvləri kimi hərbi komandanlar xəbərdarlıq ediblər ki, İraq Kürdüstanı başçısı Məsud Barzani mövqeyində israrlı olarsa, durum daha da gərginləşəcək.