Sen 25, 2017 09:59 Asia/Baku
  • İraq Kürdüstanında separatçılıq referendumu
    İraq Kürdüstanında separatçılıq referendumu

İnformasiya qaynaqları İraq Kürdüstanında separatçılıq referendumunun başlanmasından xəbər verirlər.

Rusiya Əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, beynəlxalq müxalifətlərə və İraqın mərkəzi hökuməti Bağdadın xəbərdarlıqlrına baxmayaraq, İraq Kürdüstanı yerli rəhbərliyi separatçılıq referendumunun keçirilməsində israrlarından vaz keçmədilər və bu gün səhər saatlarından etibarən referenduma start verilib. 

İraqın Süməriyə Nyus informasiya kanalı da İraq Kürdüstanında referendumun başlanmasından xəbər verib. 

İraq Kürdüstanı siyasi partiyaları 7 iyunda İraq Kürdüstanı muxtariyyatının başçısı Məsud Barzani ilə birgə iclasda Kürdüstanın İraqdan ayrılması üzrə 25 sentyabr 2017-ci il tarixində referendumun keçirilməsi barədə razılığa gəldilər. Bu məsələ İraqın mərkəzi hökuməti habelə, qonşu ölkələr və beynəlxalq dairələrin etirazları ilə üzləşdi. 

Teqlər