Okt 03, 2017 12:14 Asia/Baku
  • Ceruzalem Post: İran MOSSAD-ın əsas hədəfidir
    Ceruzalem Post: İran MOSSAD-ın əsas hədəfidir

Sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın rəisi deyib ki, İran MOSSAD-ın əsas hədəfidir.

Sionist Ceruzalem Post qəzetinin yazdığına görə, MOSSAD-ın rəisi Yossi Kohen dünən işğal olunmuş Fələstində Benyamin Netanyahunun iştirakı ilə keçirilən mərasimdə deyib: İran diqqətəlayiq nüvə qabiliyyətlərinə nail olmaq barədəki amalını qoruyub saxlamaqda davam edir.

MOSSAD-ın rəisi habelə iddia edib ki, İran Yaxın Şərqdə hərbi və əməliyyat qüvvələrini istiqamətləndirməyi davam etdirib və heç vaxt bu həddə İsrail rejiminin Livan və Suriya ilə sərhədlərinə yaxınlaşmamışdı.

Kohenin bu iddiası elə bir haldadır ki, o, MOSSAD-ın müxtəlif ölkələrdə minlərlə terror əməliyyatı həyata keçirdiyini etiraf edərək, deyib: MOSSAD hər il minlərlə əməliyyat həyata keçirir ki, onların bəziləri mürəkkəb olaraq, müxtəlif ölkələrin mərkəzində icra olunur.

Sionist rejimin casusluq təşkilatı- MOSSAD son otuz ildə minimum on altı fələstinli və ərəb rəhbərini, eləcə də on bir ölkədə bir neçə mühüm şəxsiyyəti terror edibdir. İranın nüvə alimləri və Tunisin aviasiya sənayesi mühəndisinin terroru MOSSAD-ın son bir neçə ildəki hərəkətlərindəndir.

Teqlər