Bəhreyndə 7 məhbus qadın aclıq aksiyasına başlayıb
Hüquq fəalı həbsxanalar idarəsinin qadınlara qarşı yeni sərt tədbirlərinə etiraz olaraq 7 bəhreynli qadının aclıq aksiyasına başladığını bildirib.
İRİB-in məlumatına görə, Bəhreyndə hüquq fəalı Zeynəb cümə axşmaı günü öz Twitter səhifəsində yazıb: Bəhreynin İsa şəhərində qadınların həbsxanasında yeddi qadın həbsxananın acınacaqlı durumu və elementar hüquqlardan, ədalətli və humanist davranışdan, hətta öz övladlarını qucaqlamaqdan məhrum olduqlarına görə, məhdudiyyətsiz aclıq aksiyasına başlayıb.
Bəhreyin hüquq və demokratiya mərkəzinin direktoru Əhməd əl-Vədai də deyib: Bəhreynin İsa həbsxanasında məhbus qadınlar öz yaxınları ilə görüş zamanı məhdudiyyətlərin aradan qaldırılmayacağına qədər öz ailələri ilə görüşdən imtina edirlər.
Əhməd əl-Vədai beynəlxalq ictimaiyyətin Bəhreyn böhranı qarşısında sükut etməsini utandırıcı adlandırıb və deyib: Görüş zamanı uşaqlarını qucaqlamağa çalışdığına görə, insan haqları müdafiəçisi İbtisam əl-Saiğin cəzalandırılmasından az sonra, məhbus qadınlar belə bir qərara gəliblər.
Bu məlumata görə, Bəhreyndə həbs olunan qadınların əksəriyyəti sadəcə məhkəmənin siyasi xarakterli qərarına görə azadlıqdan məhrum edilib. Həbsxanalar idarəsi ailələrini cəzalandırmaqla və qadınları öz ailələri ilə normal ünsiyyətdən məhrum etməklə həyatı onlara daha da çətinləşdirirlər.
Bəhreyn hüquq dairələrinin bildirdiyinə görə, Ali-Xəlifə rejimi tərəfindən cari ildə ictimai azadlıqların repressiyası, ifadə azadlığına qadağa, vətəndaşları incitməyin analoqu olmayıb.