Türkiyə İraqa yeni sərhəd keçidinin yaradılmasını təklif edib
Türkiyənin baş naziri İraq dövlətinin iki ölkə arasında yeni sərhəd keçidinin açılışı üçün həmkarlıq etməsini istəyib.
Binalı Yıldırım bu gün təklif edib ki, İraq Kürdüstanında separatçılıq referendumunun keçirilməsindən sonra Türkiyə ilə İraq arasındakı hazırkı sərhəd keçidlərinin bağlanmasının ardınca İraq dövlətinin həmkarlığı ilə hazırkı Xabur keçidinin qərbində yeni bir sərhəd keçidi inşa edilsin.
İraq Kürdüstanında separatçılıq referendumunun keçirilməsinin başlanması ilə bir zamanda Türkiyə Xabur sərhəd keçidini bağladı.
Yıldırım habelə İraq dövlətinin bu təklifə dəstək verməsini istəyib və belə əlavə edib: Türkiyə bu sərhəd keçidinin inşası məqsədilə İraqın baş naziri Heydər Əlibadi ilə müzakirəni alqışlayır.
Türkiyənin baş naziri bir daha siyasi, iqtisadi, müdafiə və təhlükəsizlik sahələrində İraqın mərkəzi dövlətilə həmkarlıqların gücləndirilməsini istəyib.
Sentyabrın 25-də İraq Kürdüstanında separatçılıq referendumunun keçirilməsinin ardınca Türkiyə İraq Kürdüstanı ilə bütün quru və hava yollarını bağladı.