Okt 07, 2017 20:53 Asia/Baku
  • İraq və Suriya silahlı qüvvələri iki ölkə sərhədində əməkdaşlıq edir
    İraq və Suriya silahlı qüvvələri iki ölkə sərhədində əməkdaşlıq edir

İraqın Həşdüş-Şəəbi qüvvələrinin rəhbəri bildirib: Bu ölkə birgə sərhədlərin azad olunması üçün Suriya qüvvələri ilə əməkdaşlıq edəcək.

Əl-Fərat xəbər portalının məlumatına görə, İraqın Həşdüş-Şəəbi qüvvələrinin rəisi Faleh əl-Fəyyaz bir mətbuat konfransında bildirib: Əl-Qaim bölgəsində sadəcə Suriya ilə sərhəd zolağı terrorçuların işğalında qalmışdır. İraq tezliklə Suriya hərbi qüvvələri ilə birgə sərhədlərin azad olunması üçün əməkdaşlıq edəcək.

Əl-Fəyyazın sözlərinə görə, Həşdüş-Şəəbi indiyə qədər bu ölkənin müxtəlif bölgələrinin azad olunması əməliyyatlarında önəmli rola malik olmuşdur. Bu gün İraqda Həşdüş-Şəəbi, ordu və federal polisin əməliyyatları ilə İŞİD məğlub olmuşdur.

Teqlər