İraq-Suriya sərhədlərində Həşdüşşəbinin İŞİD-ə qarşı əməliyyatı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284765-İraq_suriya_sərhədlərində_həşdüşşəbinin_İŞİd_ə_qarşı_əməliyyatı
İraqın Əl-Həşdüşşəbi qüvvələri bu gün bildirib ki, İraqla Suriya sərhəd ərazilərində İŞİD terrorçularını hədəfə almaq məqsədi ilə bu qrupa zərbələr endirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2017 18:41 Asia/Baku
  • İraq-Suriya sərhədlərində Həşdüşşəbinin İŞİD-ə qarşı əməliyyatı

İraqın Əl-Həşdüşşəbi qüvvələri bu gün bildirib ki, İraqla Suriya sərhəd ərazilərində İŞİD terrorçularını hədəfə almaq məqsədi ilə bu qrupa zərbələr endirib.

İSNA-nın verdiyi məlumata görə, Əl-Həşdüşşəbi rəsmi telekanaldan yayımlanan bəyanatda bildirib: Əl-Həşdüşşəbinin 28-35-ci diviziyaları və Ruhullah batalyonu Suriya ilə həmsərhəd ərazidə, Əl-Ənbar çölünə İŞİD terrorçularından ibarət bir qrupu hədəfə alıb. 

Bəyanatda deyilir: Bu hücum nəticəsində terrorçuların 13 hərbi texnikası dağıdılıb, yerləşdikləri 5 mərkəz və bir sıra hərbi sursat yox edilib. 

Həşdüşşəbi qüvvələri həmçinin bildiriblər ki, İŞİD terrorçularının sərhəd ərazilərindəki fəaliyyətləri monitorinq edilir və onların İraq ərazisinə daxil olmalarına qarşı əməliyyatlar davam etdiriləcək.