Okt 10, 2017 09:33 Asia/Baku
  • Referendum böhranını həll etmək üzrə İraq hökumətindən kənar cəhdlər əbəsdir
    Referendum böhranını həll etmək üzrə İraq hökumətindən kənar cəhdlər əbəsdir

İraq hökumətinin sözçüsü bildirib ki, bu ölkənin Kürdüstan məntəqəsində referendumsonrası böhranı həll etmək üçün mərkəzi hökumətin prinsipləri və hərəkətləri istiqamətində səy göstərilməlidir.

Səəd əl-Hədisi IRNA-nın Bağdaddakı müxbiri ilə söhbətində İraqın Kürdüstan məntəqəsində keçirilmiş son referendumu tənqid edərək, İraqın mərkəzi hökumətinin mövqeyinin, ölkənin ərazi bütövlüyünün qorunması, onun ərazilərinin ayrılmasına mane olmaq və əsas qanuna sədaqət olduğunu bildirib və vurğulayıb ki, bu mövqe Bağdadın stabil və müzakirəolunmaz mövqeyidir.

İraq hökumətinin sözçüsü sonra deyib: "Biz savaş istəmirik və gərginlik yaratmağa və hərbi addımlara üz tutmağa da maraqlı deyilik; eyni zamanda, İraqın Kürdüstan məntəqəsini İraqdan ayırmaq üzrə hər bir cəhdin qarşısında da dayanacağıq.

Teqlər