Okt 17, 2017 16:26 Asia/Baku
  • Kürd peşmərgələr Gəvir və Xaneqeyndən geri çəkiliblər
    Kürd peşmərgələr Gəvir və Xaneqeyndən geri çəkiliblər

İraq Kürdüstanı Demokrat Partiyasının kürd peşmərgələri İraqın şimalında Gəvir, Xaneqeyn və digər bölgələrdən geri oturublar.

SəhərKürdi telekanalının müxbirinin verdiyi məlumata görə, İraq ordusunun irəliləyişlərinin davamında bu gün səhər İŞİD ilə müharibədən öncə mərkəzi hökumətinin nəzarətində olan bölgələrin çoxu İraq dövlətinə təhvil verilib. Sincar, Cəlula, Xaneqeyn, Məxmur və Gəvir bölgələri bu qəbildəndir. 

Hal-hazırda həmin bölgələrdə sakitlikdir və əhali normal gündəlik həyatını davam etdirir. 

Teqlər