Okt 17, 2017 21:28 Asia/Baku
  • Referendumu Barizaninin partiyası başqalarına qəbul etdirdi
    Referendumu Barizaninin partiyası başqalarına qəbul etdirdi

İraq Kürdüstanı Vətəndaş Birliyinin rəsmilərindən biri deyib: Məsud Barizaninin başçılıq etdiyi Demokrat Partiyası referendumun keçirilməsini İraq Kürdüstanındakı digər tərəflərə qəbul etdirdi.

İRİB-in verdiyi məlumata görə, İraq Kürdüstanı Vətəndaş Birliyinin rəsmilərindən olan Ala Talibani Əl-Hədəs telekanalına verdiyi müsahibədə deyib: Biz Vətəndaş Birliyinin Bağdadla danışıqlara inanan qolundanıq və referendum məsələsində də onun təxirə salınması və bu sahədə beynəlxalq layihələrin qəbul edilməsinin tərəfdarı olmuşuq amma təəssüflər olsun ki, referendum bizə qəbul etdirildi və bu gün onun mənfi nəticələrinin şahidiyik. 

Teqlər