İraq Kürdüstanı Vətəndaş Birliyinin baş katibinin müavininə həbs hökmü çıxarılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285450-İraq_kürdüstanı_vətəndaş_birliyinin_baş_katibinin_müavininə_həbs_hökmü_çıxarılıb
İraqda bir məhkəmə İraq Kürdüstanı Vətəndaş Birliyinin baş katibinin birinci müavi Kusert Rəsul Əliyə həbs hökmü çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2017 15:51 Asia/Baku
  • İraq Kürdüstanı Vətəndaş Birliyinin baş katibinin müavininə həbs hökmü çıxarılıb
    İraq Kürdüstanı Vətəndaş Birliyinin baş katibinin müavininə həbs hökmü çıxarılıb

İraqda bir məhkəmə İraq Kürdüstanı Vətəndaş Birliyinin baş katibinin birinci müavi Kusert Rəsul Əliyə həbs hökmü çıxarıb.

İRNA-nın verdiyi məlumata görə, İraqın Ali Məhkəməsinin sözçüsü Əbdüssəttar Bayraqdar bu gün bu xəbəri verərək deyib: Kusert Rəsul Əlinin həbs hökmü İraqın cinayət məcəlləsinin 226 saylı maddəsinə əsasən, silahlı qüvvələrə qarşı təhqir və təhrikamiz hərəkətlər ittihamı ilə Rəsafə təhqiqat məhkəməsi tərəfindən çıxarılıb. 

Kusert Rəsul Əli dünən Kərkük hadisələri ilə əlaqədar verdiyi bəyanatda iraqlı qüvvələri işğalçı adlandırmışdı. 

İraq ordusu bazar ertəsi günü ölkənin şimalında kürd peşmərgələrin nəzarətə aldıqları bölgələrə hakimiyyəti təmin etmək üçün əməliyyata başladı və Kərkük və ətraf bölgələrə nəzarəti bərpa etdi. 

Peşmərgə qüvvələri 3 il öncə İŞİD terrorçularının hücumları nəticəsində yaranmış destabil şəraitdən su-istifadə edərək Kərkük vilayətinin bəzi hissələrini ələ keçirmişdilər.