Pakistanın Bəluçestan əyalətində onlarla nəfər yaralanıb
Okt 20, 2017 09:51 Asia/Baku
Pakistanın Bəluçestan əyalətində əl qumbarasının partlaması nəticəsində 38 nəfər həlak olub.
Pakistan Kütləvi İnformasiya Vasitələrinin bildirdiyinə görə, bu terror aktları Bəluçestan əyalətinin Məstunək və Qəvadir şəhərlərində baş verib.
İndiyə qədər hər hansı bir qrup bu partlayışların məsuliyyətini üzərinə götürməyib.
İki gün öncə də Bəluçestan əyatlətinin mərkəzi olan Kvetta şəhərinin Səryab bölgəsi yaxınlığında partlayış nəticəsində 7 polis həlak olmuş və 22 nəfər yaralanmışdı.
Bəluçestan əyaləti bir dekadadan çoxdur ki, zorakılıq və terrorizmdən əziyyət çəkir. Ötən aylar ərzində bu vilayət bir çox problemlərlə üzləşmiş və əyalətin təhlükəsizlik qüvvələri yolkənarı partlayışlar və kamikadze hücumlarına məruz qalmışdır.