Rusiya terrorçuların bazasına hava hücumu edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285483-rusiya_terrorçuların_bazasına_hava_hücumu_edib
Rusiya Müdafiə Nazirliyi bildirib: Bu ölkənin bombardmançı təyyarələri bir həftə ərzində Suriyada terrorçuların 1200-dən çox mərkəzinə qarşı əməliyyat keçirib və onları məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2017 12:24 Asia/Baku
  • Rusiya terrorçuların bazasına hava hücumu edib
    Rusiya terrorçuların bazasına hava hücumu edib

Rusiya Müdafiə Nazirliyi bildirib: Bu ölkənin bombardmançı təyyarələri bir həftə ərzində Suriyada terrorçuların 1200-dən çox mərkəzinə qarşı əməliyyat keçirib və onları məhv edib.

Rusiya Müdafiə Nazirliyinə bağlı qəzet yazıb: Rusiyanın təyyarələri və hərbi helikopterləri ötən bir həftə ərzində Suriyada 400-dən çox hərbi uçuş həyata keçirib və nəzərdə tutulan məqsədlər atəşə tutulub və məhv edilib. 

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, ötən bir həftə ərzində Suriyanın müxtəlif ərazilərində terrorçuların mərkəzləri üzərində təxminən 180 kəşfiyyat uçuşu həyata keçirilmişdir.