Həşdüşşəbinin Kərkükə girməsi xəbəri təkzib edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285517-həşdüşşəbinin_kərkükə_girməsi_xəbəri_təkzib_edildi
İraqın Bədr Təşkilatının baş katibi bəzi kürd mediaların Həşdüşşəbi(könüllü xalq qüvvələri) qüvvələrinin Kərkük şəhərinə girməsi ilə bağlı yaydıqları şayiələri rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2017 08:04 Asia/Baku
  • Hadi Amiri
    Hadi Amiri

İraqın Bədr Təşkilatının baş katibi bəzi kürd mediaların Həşdüşşəbi(könüllü xalq qüvvələri) qüvvələrinin Kərkük şəhərinə girməsi ilə bağlı yaydıqları şayiələri rədd edib.

İraqın Süməriyə Nyus informasiya kanalının verdiyi məlumata görə, Bədr Təşkilatının baş katibi Hadi Amiri cümə günü axşam Kərkükün şimal-qərbində yerləşən Altın Körpü şəhərində təşkil etdiyi mətbuat konfransında kürd mediaların Həşdüşşəbi qüvvələrinin Kərkük şəhərinə daxil olması ilə bağlı yaydıqları yalan xəbərlərə reaksiya olaraq deyib: Həşdüşşəbi qüvvələrinin missiyası Kərkük vilayətində təhlükəsizlik və sabitliyin təmin edilməsi idi və hazırda şəhər sakinlərinin təhlükəsizliyinə İraq polisi nəzarət edir. 

Bu arada İraqın "Müharibə Xəbərləri" informasiya mərkəzinin verdiyi məlumata görə, İraq Kürdüstanı muxtariyyatının başçısı Məsud Barzaniyə bağlı kürd yaraqlıları Kərkükün şimal-qərbində İraq ordusuna qarşı Almaniya istehsalı olan raketlərdən istifadə edirlər. 

Daxil olan məlumatlara görə, bu raketləri Almaniya İŞİD terrorçularına qarşı istifadə etməsi üçün Peşmərgə yaraqlılarına vermişdi. İndi isə kürd Peşmərgə yaraqlıları onlardan İraq ordusu və dövlət qüvvələrinə qarşı istifadə edirlər. Bu məlumata görə, bu raket hücumunda İraqın Federal Qüvvələrinə zərər və ziyanlar dəyib, xəsarət alanlar var. 

Bəzi mənbələr isə bildirirlər ki, Barzaniyə bağlı kürd yaraqlıları İraqın Federal Qüvvələrinin Kərkük vilayətinin şimal-qərbinə doğru irəliləməsinə mane olmaq üçün Altın Körpü şəhərinin yaxınlığında, Zab çayı üzərindəki bir körpünü partladıblar. 

İraqlı qüvvələr cümə günü səhər Kərkükün şimal-qərbində yerləşən strateji əhəmiyyətli Altın Körpü şəhərinə nəzarəti ələ keçirməyi və onu, kürd yaraqlıların işğalından azad etməyi bacarıblar.